XI sinif şagirdlərinin onlayn Azərbaycan dili imtahanının sınaq versiyası hazırlandı

XI sinif şagirdlərinin onlayn Azərbaycan dili imtahanının sınaq versiyası hazırlandı
04 İyun 2020 12:27


Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən onlayn imtahanların keçirilməsi üçün hazırlanan “ProctorDİM” adlı xüsusi proqram təminatını test etmək məqsədilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanının sınaq versiyası hazırlanıb.

DİM-dən verilən məlumata görə, onlayn sınaq imtahanında iştirak etmək istəyənlər Mərkəzin internet saytında “Şəxsi kabinet” açdıqdan (şəxsi kabineti olmayanlar) sonra verilən linkdə (https://eservices.dim.gov.az/elimt/BurSinaq) qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişsizdir.

Qeydiyyat 4 iyun saat 11:30-dan 17:00-dək aparılır. İmtahanın iyunun 5-də saat 11:00, 12:00 və 13:00-da olmaqla üç seansda keçirilməsi nəzərdə tutulur. Hər seansda hələlik 100 istifadəçinin iştirakı planlaşdırılır.

Onlayn sınaq imtahanında iştirak etmək üçün istifadəçi “ProctorDİM” proqramını yükləyib kompüterinə quraşdırmalıdır (https://otk.az/ProctorDIM/ProctorDIM.zip).

Kompüterdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə qeydiyyat səhifəsində tanış olmaq mümkündür (https://eservices.dim.gov.az/elimt/BurSinaq/SystemReqiurements).

28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.