Pyer Qasli və Serxio Peres iyunun 7-də start götürəcək virtual “Formula-1” Azərbaycan Qran-Prisində iştirak edəcəklər.
F1news.ru xəbər verir ki, adıçəkilən pilotlardan başqa yarışda “Formula-1”in hazırkı iştirakçılarından Şarl Lekler, Antonio Covinatsi, Aleks Albon, Lando Norris, Corc Rassell və Nikolas Latifin də iştirakı gözlənilir.
Yarışda iştirak üçün müraciət edən pilotlar arasında Esteban Quterres, Pyetro Fittipaldi, Enso Fittipaldi, Lui Deletraza, Oskar Piastri, Entoni Devidson və motosikletçi Mattias Uoker də var.
Pilotlarla yanaşı, tanınmış futbolçulardan Belçika millisinin qolkiperi Tibo Kurtua, “Milan”nın qapıçısı Canluici Donnarumma, “Mançester Siti” klubunun müdafiəçisi Emerik Laport virtual Qran-Pridə güclərini sınayacaq.
Bakı vaxtı ilə saat 21:00-da start götürəcək virtual yarış “Formula-1”in rəsmi “YouTube”, “Twitch” və “Facebook” kanallarında canlı yayımlanacaq.
Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.
Kəlbəcərdə infrastruktur işləri görülür.
Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.