ÜST rəsmisindən XƏBƏRDARLIQ: “Məhdudiyyətlər aradan qalxdıqca...”

ÜST rəsmisindən XƏBƏRDARLIQ: “Məhdudiyyətlər aradan qalxdıqca...”
04 İyun 2020 17:54


“Xəstəliyə yoluxma sayları artarsa, ölkələr məhdudiyyətləri yenidən tətbiq etməyə başlayar”.

realpress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, yeni normalara keçid Azərbaycanda tədricən və ehtiyatla həyata keçirilməlidir:

“Məhdudiyyətlər aradan qalxdıqca yoluxma halları arta bilər. Hazırda dünyada virusun birinci dalğası müşahidə edilir. Bu virus uzun müddət bizimlə olacaq, ən azı peyvənd hazırlanana kimi.

Dünyanın müxtəlif laboratoriyaları tərəfindən müxtəlif peyvəndlər hazırlanır və sınaqdan keçirilir”.

“Peyvənd hazırlanana qədər qaydalara və tövsiyələrə əməl etməliyik”, - deyə H.Harmancı əlavə edib.


25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.