Koronavirusdan sarsılan Latın Amerikası ölkələri normal həyata qayıdır

Koronavirusdan sarsılan Latın Amerikası ölkələri normal həyata qayıdır
05 İyun 2020 10:31


Latın Amerikasında koronavirusdan ən çox təsirlənən Braziliya, Peru, Meksika və Ekvador yenidən iqtisadiyyatlarını bərpa etməyə başlayıblar.

 təxminən 600 milyon əhalinin yaşadığı ərazidə 55 mindən çox insanın həyatına son qoyan COVID-19 bu günə qədər 1 milyon 100 mindən çox adamda aşkar edilib.

Meksikada mart ayının sonundan etibarən bağlanan tikinti, mədən, avtomobil hissələri istehsalı, tullantıların idarə olunması və velosiped satışları kimi sektorlar yenidən açılıb.

Qitədə Braziliyadan sonra ən çox yoluxmanın müşahidə edildiyi Peruda yumşaldılmalar çərçivəsində şəhərlərarası səyahətlərə icazə verilib.

Ekvadorda digər yumşaldılmalarla yanaşı, milli və beynəlxalq aviareyslər də açılıb.

Ümumdünya Səhiyyə Təşkilatı Latın Amerikası ölkələrində epidemiya ilə mübarizə tədbirlərinin yumşaldılmasından narahat olduğunu, yoluxma hallarının azalmadığını bildirib.

23 Apr 2024
Dünya

Putinin andiçmə mərasiminin vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

23 Apr 2024
Dünya

Yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon tondan çox yük daşınıb

2024-cü ilin yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon 69 min 881 ton yük daşınıb.

23 Apr 2024
Dünya

Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO

Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.

23 Apr 2024
Dünya

Avro və lirə ucuzlaşdı - Məzənnələr

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

23 Apr 2024
Dünya

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq.