İcazəsi olanlar işə velosipedlə gedə bilərlər - RƏSMİ

İcazəsi olanlar işə velosipedlə gedə bilərlər - RƏSMİ
06 İyun 2020 13:35


“Fəaliyyətinə icazə verilmiş qurumda, təşkilatda xidmət edən və onun işə gedib-gəlməsi üçün icazə portalına məlumatı yerləşdirilmiş şəxslərin özləri də fərdi nəqliyyat vasitələrindən istifadə edə bilməzlər”.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Xəzər aktual”da danışıb.

O, bu qərarın səbəbini belə izah edib:

“Çünki əvvəlki qadağalarda da gördük ki, portalda adı yerləşdirilmiş şəxslərin fərdi nəqliyyat vasitələrindən istifadəsinə icazə verildiyinə görə, həmin nəqliyyat vasitələri, demək olar ki, günün bütün vaxtlarında şəhərin yollarında hərəkətdə idilər və onları nə vaxt saxlasan, işə gedib-gəldiklərini bildirirdilər.

Amma ünvanlara baxanda görürdün ki, getdiyi yer nə iş yerinin, nə də yaşadığı yerin ünvanına uyğundur. Belə halların qarşısının alınması üçün belə bir addım atıldı.

İş yeri evinə yaxın olan və icazə portalında işə-gedib gəlməsi haqqında məlumatı olan şəxslər velosipeddən istifadə edib, piyada gedib-gələ bilər”.

29 Mar 2024
Cəmiyyət

Hikmət Hacıyev: Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır

Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.

29 Mar 2024
Cəmiyyət

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. 

29 Mar 2024
Cəmiyyət

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü (FOTO)

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

29 Mar 2024
Cəmiyyət

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.