Prezident Administrasiyasının şöbə müdiri partiya sədrləri ilə görüşüb

Prezident Administrasiyasının şöbə müdiri partiya sədrləri ilə görüşüb
01 İyul 2020 17:40


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iyulun 1-də qeydiyyata alınan yeni partiya sədrləri ilə görüşüb.

realpress.az xəbər verir ki, Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz, Azərbaycan Milli Demokrat Partiyasının sədri və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) sədri Tural Abbaslı  ilə keçirilən görüşdə koronavirus pandemiyası dönəmində siyasi partiyaların fəaliyyəti ilə bağlı məsələ müzakirə olunub.

Görüşdə, həmçinin, ölkədaxili siyasi münasibətlər, gerçək siyasi dialoq mühitinin yaradılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər hakimiyyət və siyasi müxalifət təmsilçiləri arasında görüşlərin davamlı olmasının vacibliyini bildiriblər.

Qeyd edək ki, bir neçə gün öncə Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb.

Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib.

29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.