Postlar yığışdırıldı: Maşındakı sərnişinlərə nəzarət necə həyata keçiriləcək? - RƏSMİ AÇIQLAMA

Postlar yığışdırıldı: Maşındakı sərnişinlərə nəzarət necə həyata keçiriləcək? - RƏSMİ AÇIQLAMA
02 İyul 2020 12:06


Bu gündən ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postları ləğv edilib.

Postların ləğvi bir sıra müzakirələrə səbəb olub.

Misal üçün, hərəkət icazəsi olan şəxsin maşınında olan sərnişinlərin və taksidə olan şəxslərin icazə alıb-almaması necə müəyyən olunacaq? 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev realpress.az-a açıqlamasında bildirib ki, konkret olaraq kim karantin qaydalarını pozubsa, həmin şəxs barəsində tədbir görüləcək:

“Hər şey qanunvericilik çərçivəsində olacaq. Kim tələbləri pozubsa, barəsində tədbir görüləcək.

Bu gün tələb odur ki, hər kəs elan edilən karantin rejimi qaydalarına əməl etsin. Postların yığışdırılması karantin rejiminin nə yumşaldılması, nə də ləğv edilməsi deyil”.


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.