Hərbi xidmətə çağırılanlar koronavirus testindən keçirilir? - RƏSMİ

Hərbi xidmətə çağırılanlar koronavirus testindən keçirilir? - RƏSMİ
02 İyul 2020 12:25


Prezident İlham Əliyevin iyunun 11-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncamın icrasına başlanılıb.

Azərbaycanda həqiqi hərbi xidmətə çağırılanlarla bağlı rəsmi prosedurlar necə yerinə yetirilir? Nəzərə alsaq ki, koronavirus pandemiyası geniş yayılıb, çağırışçılar koronavirus testindən keçirilir?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən realpress.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə uyğun olaraq, müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar çağırışa hazırlıq dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər:

“Respublikamızda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması istiqamətində vətəndaşların sağlamlığının qorunmasına yönələn preventiv və təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi və mümkün risklərin minimallaşdırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən zəruri addımlar atılıb.

Çağırışçıların rayon (şəhər) çağırış komissiyalarının tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyalarında müayinələri COVID-19 pandemiyası dövründə tətbiq olunan və bu qaydalara dair Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən hazırlanmış müvafiq təlimatların tələbləri çərçivəsində həyata keçirilir.

Xidmətin struktur binasına daxil olduqda hər bir çağırışçı qoruyucu tibbi ləvazimatlarla təmin edilir, dezinfeksiyaedici məhlulların istifadəsinə, tibbi müayinələr və çağırışçıların öyrənilməsi zamanı lazımi fiziki məsafənin saxlanılmasına ciddi riayət olunur, eləcə də, həkim mütəxəssislərin və əməkdaşlarımızın tibbi maska və əlcək geyinmələrinə nəzarət edilir.

Bununla yanaşı, bütün çağırışçıların hərarəti ölçülür, sağlamlıq vəziyyətində koronavirus infeksiyasına (COVID-19) xas olan oxşar simptomlar aşkar edilən çağırışçılar təcili olaraq təcrid edilir və aidiyyəti üzrə məlumatın verilməsi təmin edilir.

Eyni zamanda, çağırışçıların öyrənilməsi prosesində TƏBİB tərəfindən hazırlanmış müvafiq təlimatın tələblərinə uyğun olaraq, çağırışçıların koronavirus infeksiyasına yoluxmuş şəxslə təmasda olması, müvafiq simptomlarla bağlı narahatlıqlarının olub-olmaması ətraflı şəkildə öyrənilir.

Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar Nazirlər Kabineti yanında operativ qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək xidmət yerlərinə təhvil verilirlər.

TƏBİB tərəfindən hazırlanmış COVID-19 pandemiyası dövründə vətəndaşların növbəti müddətli həqiqi hərbi xidmətə çağırışı zamanı müayinə işinin təşkilinə dair müvəqqəti rəhbərliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə göndərilən vətəndaşlardan hərbi hissələrdə qəbulun birinci günündə burun-udlaq nahiyəsindən nümunələrin götürülməsi və TƏBİB tərəfindən koordinasiya edilən laboratoriyalara göndərilməsi, o cümlədən, qəbul olunan heyətin ayrı və yaxud təcrid olunmuş binada 14 gün müddətində karantin rejimində izolyasiya edilməsi və test cavablarının nəticələrinə uyğun olaraq, şübhəlilərin müvafiq qaydada mobilizasiyası həyata keçirilir.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.