İran parlamentinin deputatı: “Azərbaycanla ticarət balansını artırmağa çalışacağıq”

İran parlamentinin deputatı: “Azərbaycanla ticarət balansını artırmağa çalışacağıq”
02 İyul 2020 13:35


“İran və Azərbaycan parlamentlərarası dostluq qrupu iki ölkənin əlaqələrinin gücləndirilməsi məqsədilə təşkil olunur”.

İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bunu Germi və Ənqut şəhərlərinin İran parlamentindəki nümayəndəsi və İslami Şura Məclisinin İctimai Komissiyası sədrinin müavini Vəli İsmayıli bildirib. 

“İranın Azərbaycan Respublikası ilə ticarət və ixracat əlaqələri illər əvvəl mövcud olub və çalışırıq ki, bu əlaqələr güclənsin”, - o qeyd edib. 

V.İsmayılinin fikrincə, İran, xüsusilə Ərdəbil əyaləti Azərbaycan Respublikası ilə qonşu olması səbəbindən ixracat və ticarət baxımından, əsasən də kənd təsərrüfatı məhsulları sektorunda yaxşı əlaqələrə malikdir:

“İranın qonşu ölkələrlə əlaqələrinin möhkəmlənməsində parlamentin rolunu nəzərə alaraq, 11-ci parlamentdə də İranın Azərbaycan Respublikası ilə ticarət balansını artırmağa çalışacağıq.

İran və Azərbaycan Respublikası arasında ticarət əlaqələrini icra olunmuş plana uyğun olaraq inkişafı məqsədilə qərara alınıb ki, iki ölkə arasında parlament dostluq qrupu yaradılsın və bu qrup ticarət əlaqələrinin artmasında əsas rolu oynayacaq”.

“Həmsərhəd olmağımızdan bir fürsət olaraq istifadə etməliyik və bununla əlaqədar iyulun 8-də Germidə Azərbaycanın müvafiq qrupları ilə görüş keçiriləcək”, - deyə Vəli İsmayıli vurğulayıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.

19 Apr 2024
Dünya

Hindistanda dünyanın ən böyük parlament seçkisi başlayıb

Hindistanda dünyanın ən böyük parlament seçkisi başlayıb.

19 Apr 2024
Dünya

Dörd gündür Kopenhagendə yanan binanı söndürmək mümkün olmur

Kopenhagen birjasının binasında baş verən yanğını artıq dördüncü gündür ki, söndürmək mümkün olmur.

19 Apr 2024
Dünya

İzmir sahillərində zəlzələ baş verib - FOTO

Türkiyənin İzmir şəhərinin Seferihisar mahalı sahillərində zəlzələ baş verib.

19 Apr 2024
Dünya

Rusiya Ukraynanın Dnepropetrovsk vilayətini atəşə tutub, ölənlər var - FOTO/VİDEO

Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətini atəşə tutublar, ölənlər var.