Təhsil Nazirliyi “Mədəniyyət” telekanalında yayımlanan “Abituriyentlər üçün dərs vaxtı” proqramının iyulun 3-nə üçün dərs cədvəlini açıqlayıb.
realpress.az-ın məlumatına görə, teledərslər bu formatda 17 iyuladək davam edəcək.
“Dərs vaxtı” proqramında abituriyentlərə ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların “şifrələri”, kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı ilə bağlı məlumatlar veriləcək.
Bütün bunlar abituriyentlərin imtahana daha yaxşı hazırlaşmasına imkan yaradacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.
Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.