Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib? - AÇIQLAMA

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib? - AÇIQLAMA
02 İyul 2020 15:22


Kürdəmir rayonunda icra nümayəndəsi vəfat edib.

realpress.az xəbər verir ki, rayonun Topalhəsənli kənd üzrə icra nümayəndəsi 59 yaşlı Rəsulov Rasim Aydın oğlu bu gün günorta saatlarında ölüb.

Onun koronavirusdan öldüyü iddia edilir.

Kürdəmir Rayon İcra Hakimiyyətindən realpress.az-a verilən məlumata görə, R.Rəsulov ağır dərəcəli şəkərli diabet xəstəsi olub.

“R.Rəsulovun dünən halı pisləşib. Xəstəxanaya gələrək koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar test verib. Hazırda test analizinin cavabı məlum deyil. Hələlik ölüm səbəbi bilinmir”.

Qeyd edək ki, R.Rəsulov 10 ilə yaxın bu vəzifədə çalışıb.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.