Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq?

Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq?
02 İyul 2020 16:16


Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 3-dən etibarən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə bu gün keçirdiyi buraxılış (qəbul) imtahanlarının cavab vərəqlərinin və imtahan protokollarının emalına başlayacaq.

Mərkəzdən verilən məlumata görə, doqquzuncu sinif üzrə buraxılış imtahanları, doqquz illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın beş gün ərzində elan olanacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən, nəticələrin üç həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanlar Daşkəsən, Gədəbəy, Tovuz, Şamaxı, Şəki, Bərdə, Ağcabədi, Ucar, Şirvan, Lerik və Qusarda olmaqla, ümumilikdə 11 şəhər və rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün 67 imtahan binası, 1072 imtahan zalı, 67 ümumi imtahan rəhbəri, 167 imtahan rəhbəri, 1395 nəzarətçi – müəllim, 134 buraxılış rejimi əməkdaşı, 67 bina nümayəndəsi ayrılıb.

Pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, imtahanda hər hansı qayda pozuntusu (mobil telefon və s.) baş verməyib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

23 Apr 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb - FOTO/VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

23 Apr 2024
Cəmiyyət

Azərbaycanlı məktəblilər beynəlxalq turnirdə 10 medal qazandılar - FOTO

16-21 aprel tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə keçirilən beynəlxalq turnirdə şagirdlərimiz uğurla çıxış ediblər.

23 Apr 2024
Cəmiyyət

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub - VİDEO

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.

22 Apr 2024
Cəmiyyət

Ağdərədə odlu silahlar tapılıb

İşğaldan azad edilən Ağdərə şəhərində odlu silahlar aşkarlanıb.

22 Apr 2024
Cəmiyyət

Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.