Xızı rayonunda koronavirusun yayılmasına qarşı tədbirlər gücləndirilir

Xızı rayonunda koronavirusun yayılmasına qarşı tədbirlər gücləndirilir
02 İyul 2020 18:03


Bu gün pandemiya ilə mübarizə çərçivəsində Xızı Rayon İcra Hakimiyyəti (RİH) yanında yaradılan xüsusi qərargahın növbəti videokonfransı keçirilib.

realpress.az xəbər verir ki, Xızı RİH başçısı Xəzər Aslanovun sədrliyi ilə keçirilən növbəti videokonfransda icra başçısının müavini Arzu Əzizov, Xızı rayon prokuroru, baş ədliyyə müşaviri İlham Məmmədov, Xızı Rayon Polis Şöbəsinin rəisi Faiq Hüseynov və digər qərərgah üzvləri iştirak ediblər.

İclasda koronavirus infeksiyasının (COVID-19) rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə qərargah tərəfindən görülmüş işlər müzakirə edilib və fəaliyyətin daha da gücləndirilməsi məqsədilə konkret tapşırıqlar verilib.

Rayon ərazisi daxilində qeydə alınan ölüm halları barədə müvafiq məlumatların dərhal qərargaha təqdim edilməsi barədə tapşırıq verilib. Bundan başqa, rayon ərazisində yas, toy və digər kütləvi yığıncaqların keçirilməsinin birmənalı şəkildə qadağan edilməsi, dəfn mərasimlərində xüsusi karantin qaydalarına nəzarət edilməsi, əhali arasında fərdi qaydada profilaktik söhbətlərin aparılması istiqamətində tədbirlərin gücləndirilmsinə qərar verilib.

Eyni zamanda, infeksiyaya yoluxan və evdə müalicə olunan xəstələrin küçəyə çıxmasının yolverilməz olduğu diqqətə çatdırılıb. 

Xızı rayon GEM-in direktoruna rayon ərazisində dezinfeksiya işlərinin aparılması, xüsusilə koronavirus xəstələri üçün nəzərdə tutulan Xızı Rayon Mərkəzi Xəstəxanasının, ətraf ərazilərinin, xəstəxanaya giriş-çıxış hissələrinin mütəmadi olaraq dezinfeksiya olunmasına ciddi nəzarət edilməsi bildirilib. 

Rayon ərazisində mövcuq olan su mənbələrinin və bulaqların mütəmadi olaraq təmizliyi və dezinfeksiyası ilə bağlı müvafiq göstərişlər verilib.

Bu gün Xızı rayonu üzrə cəmi 662 nəfər COVID-19-a qarşı testdən keçirilib. Onlardan 24 nəfərdə virus aşkarlanıb. Ümumilikdə 23 nəfər sağalıb, 1 nəfər isə ölüb. 

Bütün bunlar nəzərə alınaraq, konfransda Xızı Rayon Mərkəzi Xəstəxanasının baş direktoruna xəstəxana ərazisində fəaliyyət göstərən taksi və avtobus sürücülərinin mütəmadi yoxlamalardan keçirilmələri tapşırılıb. 50 yerlik Xızı RMX-nin koronavirus xəstələri üçün nəzərdə tutulub. Hal-hazırda xəstəxanada müalicə alan yoxdur.

Bundan əlavə başçının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri
videogörüntü vasitəsilə iclasa qatılaraq müzakirələrdə iştirak ediblər.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.