Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO

Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO
04 İyul 2020 14:15


Bu gün daha bir şəhid ailəsinin mənzil problemi ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqəti sayəsində həll olunub.

Bu barədə  “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi sosial media hesabında məlumat paylaşıb. 

Məlumatda bildirilir ki, 2018-ci il aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhid olan baş leytenant Nurid Abdullayevin ailəsinin yaşadığı mənzil ipoteka ilə alındığından ailə ödənişi etməkdə çətinlik çəkirdi. Sözügedən təşkilata müraciət edən şəhidin həyat yoldaşı Vəfa xanım, himayəsində iki azyaşlı sağlıq problemləri olan övladının olduğunu və ipoteka ödənişini ödəməyə imkanı çatmadığını bildirib.

Təşkilat tərəfindən ailənin mənzil problemi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edilib. Müraciət tez bir zamanda cavablandırılaraq ailənin hazırda yaşadığı mənzilin ipoteka borcu ödənilib, eyni zamanda şəhid övladlarının müalicəsi Heydər Əliyev Fondunun nəzarətinə götürülüb.

29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.