Prezident İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verdi

Prezident İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verdi
06 İyul 2020 17:03


İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib.

realpress.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərman “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1424-VQD nömrəli qanunun icrası ilə əlaqədar imzalanıb.

Qərara alınıb ki, Prezidentin 2012-ci il 6 iyul tarixli 668 nömrəli fərmanının 2.5-ci bəndi aşağıdakı redaksiyada verilsin:

Həmin qanunun 16.3-cü maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

Bundan əvvəlki variantda isə həmin Qanunun 16.3-cü maddəsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini nəzarət markalarının qeyri-qanuni yayılmasının qarşısının alınması və vergi nəzarəti zamanı Vergi Məcəlləsinin tələblərinin pozulması ilə bağlı məsələlərə münasibətdə Vergilər Nazirliyi həyata keçirirdi.

Bildirək ki, Vergilər Nazirliyi ləğv edilib, əvəzində Dövlət Vergi Xidməti yaradılıb. Dövlət Vergi Xidməti İqtisadiyyat Nazirliyinin tabeliyindədir. 

29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.