Tərtərdə taxıl biçini yekunlaşmaq üzrədir

Tərtərdə taxıl biçini yekunlaşmaq üzrədir
07 İyul 2020 11:44

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda taxıl biçini başa çatmaq üzrədir.

Tərtər Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov  bölgə müxbirinə bildirib ki, rayon üzrə bu il 10 min 599,8 hektar sahədə taxıl bitkiləri becərilib ki, onun da 6056,9 hektarı bugda, 4542,9 hektarı dən üçün arpadır. Havaların əlverişli keçməsindən istifadə edən Tərtər taxılçıları bu günədək 10 min 534 hektar taxıl sahəsində, o cümlədən arpa sahələrinin hamısında, buğda zəmilərinin isə 5991,1 hektarında biçin aparıb, 41 min 825,5 ton məhsul istehsal ediblər. Hər hektardan orta məhsuldarlıq arpa sahələrində 36,2 sentner, buğda sahələrində 42,4 sentnerdir.

Qeyd edək ki, Tərtər taxılçıları keçən il 10 min 908,4 hektar taxıl sahəsindən 42 min 289,8 ton məhsul, o cümlədən 29 min 419,4 ton buğda, 12 min 870,2 ton arpa əldə ediblər. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 41,6 sentner, arpa sahələrində isə 33,7 sentner olub.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.