Cəlilabadda izahat işləri və dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Cəlilabadda izahat işləri və dezinfeksiya tədbirləri davam etdirilir - FOTO
07 İyul 2020 14:03


İyulun 7-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri və xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrupların üzvləri tərəfindən rayon ərazisində izahetmə-xəbərdarlıq işləri aparılıb.

Əhalinin sıx olduğu məkanlarda və ərzaq mağazalarında qoruyucu maskalardan və dezinfeksiyaedici məhlullardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər edilib, koronavirus infeksiyası əleyhinə görülən tədbirlərin daha da effektli nəticə verməsi məqsədilə vətəndaşların məsuliyyətli olmasının mühüm əhəmiyyət kəsb etdiyi sakinlərin diqqətinə çatdırılıb.

Mobil qruplar tərəfindən Nazirlər Kabineti yanında operativ qərargahının tələblərinə müvafiq olaraq, ticarət obyektlərinin sahiblərinə ciddi xəbərdarlıq edilib, mövcud qaydalardan düzgün istifadə olunması və sanitar-gigiyena tələblərinə ciddi riayət edilməsi barədə göstərişlər verilib.

Xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə rayonda dezinfeksiya tədbirləri gücləndirilib.

Xüsusi təyinatlı texnikalardan istifadə edilərək, Cəlilabad şəhərinin mərkəzi küçələri dezinfeksiya olunur.

İdarə və müəssisələrin inzibati binalarında, ictimai yaşayış binalarının giriş bloklarında və pilləkənlərdə, ümumilikdə bütün ictimai yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər qrafikə uyğun olaraq mütəmadi davam etdirilir.

 

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.

25 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

25 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.