Zaqatalada su problemi həllini tapdı - AÇIQLAMA

Zaqatalada su problemi həllini tapdı - AÇIQLAMA
07 İyul 2020 14:49


Zaqatala şəhərində bir həftəyə yaxın yaşanan su çatışmazlığı problemi həllini tapıb. 

realpress.az xəbər verir ki, bir neçə gün əvvəl sakinlər tərəfindən Zaqatala şəhərində icməli su ilə bağlı problem olduğu bildirilib. Onların sözlərinə görə, təzyiq azaldığından bəzi yerlərdə, ümumiyyətlə, su yoxdur.

Məsələ ilə əlaqədar “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı redaksiyamıza bildirib ki, problem həll olunub:

“Zaqatala şəhərində su çatışmazlığı Tala çayında suyun azalması ilə bağılıdır. Əməkdaşlarımız tərəfindən çayda müəyyən işlər görülüb. Sel suları, daşqınlar səbəbindən çayın yatağında olan drenaj suqəbuledici qurğuların üzərinə toplanmış lil qatı xüsusi texnukanın köməyi ilə təmizlənib. Çayın suyunu həmin qurğular istiqamətinə yönəldərək, süzülən suyun həcmini artırmışıq. Bunun hesabına Zaqatalaya verilən suyun həcmi artırılıb. Dünən “Azərsu”nun region üzrə rəisi ilə əlaqə saxlamışam. Hazırda Zaqatalada su anbarlarında kifayət qədər ehtiyat var. Şəhər qrafikli rejimlə içməli su ilə təmin edilir”.


24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

24 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.