Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi? - AÇIQLAMA

Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi? - AÇIQLAMA
07 İyul 2020 14:54


“İnsanlar özlərində xəstəliyin simptomlarını hiss edirlərsə, ərazi üzrə sahə poliklinikalara müraciət edirlər. Qeydiyyata düşdükdən sonra sahə həkimi həmin şəxslərlə telefon vasitəsilə əlaqə yaradaraq vəziyyətlərinə nəzarət edir”.

realpress.az. xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Səhiyyə Naziriyinin İşçi qrupunun rəsmisi Səbinə Babazadə deyib.

S.Babazadə bildirib ki, əgər həkim şəxsin vəziyyətində COVID-19 şübhəsi hiss edirsə, bu barədə məntəqəyə məlumat verir:

“Məntəqədə çalışan tibb bacısı və ya laborant həmin şəxsin evinə gedərək, ondan yaxma götürür. Bununla da biz vətəndaşlara mümkün qədər evdə xidmət göstərməyə çalışırıq ki, onların poliklinikalara gəlişini azaldaq”.

S.Babazadə xəstəliyin yüngül gedişatı müşahidə edilən şəxslərin müalicəsi üçün dərman preparatlarının dövlət tərəfindən təmin edildiyini də bildirib:

“Əgər xəstəlik yüngül simptomlu keçirsə, dövlət tərəfindən yalnız xəstəliyin birinci mərhələsi üçün nəzərdə tutulan dərman preparatları pulsuz verilir. Buraya Vitamin C, E, D3, maqnezium, selen, “Parasetamol”dur. İnsanlar bu dərmanları qəbul etdikdə, heç bir fəsad olmadan sağalır. Lakin vəziyyətdə ağırlaşma olursa, “103”ə müraciət olunur və onlar xəstəxanaya yerləşdirilirlər.

Çox insan zənn edir ki, poliklinika həkimləri evə gələrək həmin xəstələrə iynə vura bilər. Bu səbəbdən poliklinikalara çoxsaylı müraciətlər daxil olur. Ancaq bu, qəti qadağandır. Epidemioloji nəzarət qaydalarına uyğun deyil. Evdə yalnız yüngül xəstəliklər müalicə edilə bilər”, - deyə S.Babazadə qeyd edib.


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.