Naxçıvanda koronavirusa yoluxma qeydə alınmadı - Ölkə üzrə son STATİSTİKA

Naxçıvanda koronavirusa yoluxma qeydə alınmadı - Ölkə üzrə son STATİSTİKA
07 İyul 2020 15:25


Ölkə üzrə koronavirusa yoluxma faktlarının böyük hissəsi (55,1%) yenə də Bakının payına düşür.

realpress.az xəbər verir ki, bu barədə statistika TƏBİB-in koronavirusinfo.az saytında təqdim etdiyi son məlumatda əksini tapıb. 

Belə ki, Bakı ilə yanaşı, koronavirusa yoluxma faktlarının 16,3%-i Abşeronun, 8,4%-i isə Gəncə-Qazax bölgəsinin payına düşür.

Eyni zamanda, koronavirusa yoluxmaların 7,5 faizi Aran zonasında, 5,8 faizi Lənkəran rayonunda, 1,6 faizi Quba-Xaçmaz zonasında, 1,4 faizi Şəki-Zaqatala, 1,2 faizi Dağlıq Şirvan zonasında, 1,2 faizi Yuxarı Qarabağ bölgəsində qeydə alınıb.

Ümumilikdə, əvvəlki rəqəmlərlə müqayisədə yoluxma sayında nisbətən azalma müşahidə edilir. Lakin qrafikdə bu dəfə Naxçıvan Muxtar Respublikasında heç bir yoluxma faktının qeydə alınmadığı göstərilib.

Bundan başqa, Bakı üzrə koronavirusa ən çox yoluxma faktı Binəqədi rayonunda (paytaxt üzrə yoluxanların 12,8 faizi) qeydə alınıb. Ardıcıllığa əsasən, növbəti sıralarda 12,4 faizlə Yasamal, 11,9 faizlə Xətai, 11,8 faizlə Sabunçu, 10,4 faizlə Nəsimi, 8,8 faizlə Nərimanov, 8,7 faizlə Suraxanı, 8,2 faizlə Nizami, 5,7 faizlə Qaradağ, 4,7 faizlə Səbail, 4,2 faizlə Xəzər rayonu yer alır. Koronavirusa yoluxma faktı üzrə ən aşağı göstərici isə Pirallahı rayonunda (paytaxt üzrə yoluxanların cəmi 0,3 faizi) qeydə alınıb.

Aktiv halların ərazi üzrə bölgüsünə görə, Bakıda xəstələrin 57 faizinin, Sumqayıtda 15 faizinin, Abşeronda 6 faizinin, Gəncədə 3 faizinin, Cəlilabadda 2 faizinin, Lənkəranda, Masallıda və Yevlaxda 1%-nin, digər regionlarda isə ümumi olaraq 14 faizinin müalicəsi davam etdirilir.

Ümumi olaraq, ölkə üzrə koronavirusa yoluxanların 54 faizini qadınlar, 46 faizini isə kişilər təşkil edir.

Xatırladaq ki, operativ qərargahın 1 iyul tarixində keçirilən sonuncu brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Naxçıvan Muxtar Respublikasında bu günə qədər 142 nəfərin koronavirusa yoluxduğu barədə məlumat verib. O bildirib ki, Muxtar Respublikada COVID-19-a yoluxan şəxslərdən 126 nəfəri sağalıb, 11 nəfəri vəfat edib, beş nəfər aktiv koronavirus xəstəsinin isə müalicəsi davam edir.


29 Mar 2024
Cəmiyyət

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. 

29 Mar 2024
Cəmiyyət

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü (FOTO)

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

29 Mar 2024
Cəmiyyət

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.

29 Mar 2024
Cəmiyyət

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.