İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) bölgə müxbiri koronavirusa yoluxub.
televiziyanın cənub bölgəsi üzrə müxbiri Rəhman Məlikovun koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi testin nəticəsi pozitiv çıxıb.
O, ev şəraitində müşahidəyə götürülüb və müalicəsinə başlanılıb. Lakin bu gün səhhəti ağırlaşdığı üçün o, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, daha əvvəl İTV-nin iki əməkdaşı koronavirusa yoluxub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.