Mer: "COVID-19 Moskvada geri çəkilməyə davam edir"

Mer: "COVID-19 Moskvada geri çəkilməyə davam edir"
09 İyul 2020 17:30

"COVID-19 pandemiyası Moskvada geri çəkilməyə davam edir, yeni yoluxma dalğası baş verməyib".

bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin öz şəxsi bloqunda yazıb.

Onun sözlərinə görə, yoluxmanın maksimal səviyyəsinin qeydə alındığı may ayının əvvəli ilə müqayisədə bu gün koronavirusa yoluxma halları təxminən 10,7 dəfə azalıb. Mer koronavirus xəstəxanalarının yüklənməsinin də 3,9 dəfə azaldığını deyib.

O, müsbət tendensiyanın paytaxtda məhdudlaşdırılmaların aradan qaldırılmasının növbəti mərhələsinə keçməyə imkan verdiyini söyləyib.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.