Millimizin sabiq üzvü: “Qadağaya baxmayaraq, Norveçdə şəhidləri yad etdim” - VİDEO

Millimizin sabiq üzvü: “Qadağaya baxmayaraq, Norveçdə şəhidləri yad etdim” - VİDEO
15 İyul 2020 09:30


“Aprel döyüşləri zamanı Avropa çempionatında mənə məşqçilərim dedilər ki, bu çəkini qaldırsan, medal sənindir. Hakimlər də mənə bildirdi ki, iştirakından sonra hərbiyə aid nəsə hərəkət etsən, səni yarışdan kənarlaşdıracağıq və medal qazansan da o, əlindən alınacaq”.

realpress.az xəbər verir ki, bunu ağırlıqqaldırma üzrə millimizin sabiq üzvü Elmar Əliyev deyib.

O, 2016-cı ilin aprelin 8-16-sı tarixlərində Norveçin Förde şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında 56 kq çəki dərəcəsində yarışıb. O, təkanla qaldırma hərəkətində əvvəlcə 130, sonra 133, sonda isə 136 kiloqramın öhdəsindən gəlib. Bununla o, təkanla qaldırma hərəkətində Avropa çempionatının kiçik bürünc medalına sahib çıxıb.

Ötən il dopinqə düşdüyü üçün dörd illik cəzalandırılan və bununla da idmançı karyerasını başa vuran Elmar Əliyev Norveçdə olan həmin tarixi hadisəni belə xatırlayıb:

“Mən hakimlərə məhəl qoymadım. Yanaşmamı bitirdim, nəticəmi etdim və heç nəyi fikirləşmədən şəhidlərimizi yad etdim. İndi də şəhid olan qardaşlarımız üçün nə lazım olsa edərik ve qanlarını yerdə qoymarıq. Allah şəhidlərimizə rəhmət eləsin!”


28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.