Büdcədə daha bir DƏYİŞİKLİK – Rəqəm 30 milyard manata qaldırılır

Büdcədə daha bir DƏYİŞİKLİK – Rəqəm 30 milyard manata qaldırılır
01 Avq 2020 15:24


Azərbaycanın 2020-ci il icmal büdcəsi ilə bağlı proqnozlara dəyişiklik edilir.

realpress.az-ın xəbərinə görə, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliyi nəzərdə tutan layihədə yazılıb.

İcmal büdcə - dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlirlərini, xərclərini funksional, iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədidir.

2020-ci ilin dövlət büdcəsində icmal büdcənin xərclərinin yuxarı həddi 29 milyard 488 milyon 124 min manat məbləğində təsdiqlənib.

Layihədə isə yazılıb ki, həmin rəqəm 30 milyard 308 milyon 342 min 200 rəqəmi ilə əvəzlənsin.

Layihə Milli Məclisin avqustun 4-dən etibarən keçiriləcək növbədənkənar sessiyasının iclaslarında müzakirəyə çıxarılacaq.


4 Avq 2020
İqtisadiyyat

Dövlət pandemiya ilə bağlı pul verəcək - Yeni iqtisadi paket hazırlanır

Yeni iqtisadi paketlə bağlı işlər gedir. Əvvəlki iqtisadi paketlərin, yardımların davam etdirilməsi nəzərdə tutulur”.

4 Avq 2020
İqtisadiyyat

Neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

3 Avq 2020
İqtisadiyyat

Neftin qiyməti ucuzlaşır

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

3 Avq 2020
İqtisadiyyat

İsmayıllıda kartof yığımı davam edir

İsmayıllı rayonunda kartof yığımı davam edir və artıq sahələrdən 1000 tondan çox məhsul götürülüb.