Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi: DİN də cəlb edildi - VİDEO

Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi: DİN də cəlb edildi - VİDEO
01 Avq 2020 15:35


Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus epidemiyasına qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.

İcra Hakimiyyətindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində avqustun 1-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti - doqquzuncu əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Gün ərzində mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsilə xəbərdar edilib.

Hər dəfə olduğu kimi, bu dəfə də Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində yaxından iştirak edir.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdirirlər.

Dezinfeksiya işlərinin kütləviliyi nəzərə alınaraq, kommunal xidmətlərin işçiləri lazımi qoruyucu geyim, maska, eynək və digər vasitələr, yeni dezinfeksiyaedici aparatlarla təmin olunublar.

Bildirilir ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə hər cür tədbirlər görülür.


17 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Hava Qüvvələri Naxçıvanda təlim keçib, şərti düşmən məhv edilib

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.

17 Apr 2024
Cəmiyyət

Qazaxda Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Qazaxda Aqrar Biznes Festivalı keçirilib.

17 Apr 2024
Cəmiyyət

Azərbaycanda lisey və gimnaziyaların sayı artırılacaq

“2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi”.

17 Apr 2024
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

17 Apr 2024
Cəmiyyət

Milli Məclisdə dinləmə keçirilir

Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində" movzusunda dinləmə keçirilir.