Gürcüstanın dəmir yolları ilə yükdaşımaların həcmi 7,6 faiz artıb

Gürcüstanın dəmir yolları ilə yükdaşımaların həcmi 7,6 faiz artıb
04 Avq 2020 11:41

Cari ilin birinci yarısında Gürcüstanın dəmir yolları vasitəsilə yükdaşımaların həcmi 7,6 faiz artaraq 5 milyon 462,4 min ton təşkil edib.

bu barədə “Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib.

Qeyd olunub ki, hesabat dövründə tranzit daşımaların həcmi 2019-cu ilin analoji dövrü ilə müqayisədə 19,2 faiz artaraq 2 milyon 953,3 min ton olub. Bu da ümumi yük daşınmalarının 54,1 faizini təşkil edib. Hesabat dövründə idxal üzrə daşımalar 1,2 faiz artaraq 1 milyon 236,6 min ton, ixrac üzrə daşınmalar isə 9,2 faiz azalaraq 543,2 min ton olub.

Yarım ildə Gürcüstan dəmir yolu vasitəsilə neft və neft məhsullarının nəqli 0,4 faiz artaraq 1 milyon 461,1 min ton olub. Bu məhsullar ümumi yük daşımalarında 26,7 faiz paya sahib olub.

Konteyner daşımaları da 9,1 faiz artaraq 40,295 min TEU təşkil edib.


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.