Masazır Duz Zavodu tərəfindən duz tədarükü mövsümünə start verilib

Masazır Duz Zavodu tərəfindən duz tədarükü mövsümünə start verilib
10 Avq 2020 17:49

2001-ci ildə Ümummili lider Heydər Əliyevin təsdiq etdiyi “Yod çatışmazlığı xəstəliklərinin prafilaktikası” haqqında qanun layihəsinin tələblərinə uyğun olaraq inşa edilən və cənab Prezident İlham Əliyevin iştirakı ilə 2010-cu ildə istismara verilən Masazır Duz Zavodunun fəaliyyətə başlaması ilə ölkənin yüksək keyfiyyətli məhsulla təmin edilməsi və yod çatışmazlığı probleminin aradan qaldırılması istiqamətində mühüm işlər görülür.

 “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” və “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi” Dövlət Proqramlarına uyğun olaraq fəaliyyət göstərən Azərbaycan Duz İstehsalat Birliyinin Masazır Duz Zavodu bütün dünya iqtisadiyyatını iflic edən koronavirus pandemiyası dövründə də insanların məşğulluğunun təmin edilməsinə öz töhfəsini verərək, tək Masazır deyil, ətraf qəsəbələrdə də yüzlərlə insanın məşğulluğunun təmin edilməsində vacib rol oynayır.

Bu il uğurlu fəaliyyətinin 10 ili tamam olan Masazır Duz zavodunda duz tədarükü mövsümünə başlanılıb. Hər il olduğu kimi Masazır, Saray və Novxanı sakinlərindən təşkil olunan 200 tədarükçü duz yığımına cəlb olunub. Qədim duzçuluq ənənələrinə malik olan sakinlər tərəfindən Mirzəladi gölündən yığılan duz sənayedə - buzlaşmanın qarşısının alarkən yollarda, gön dəri sənayesində, heyvandarlıqda, neft-kimya sənayesində, istixanalar və digər sahələrdə istifadə olunur.

Bununla bərabər Masazır Duz zavodunda tam avtomatlaşdırılmış qaydada, insan əli toxunmadan, qida duzları da istehsal edilir. Burada istehsal olunan “Azərduz”, “Salute”, “Alfa” ekstra növ qida duzları və tablet duzları ölkə daxilində yüksək qiymətləndirilməklə bərabər Kanada, Avropa ölkələri, Rusiya, Qazaxıstan, Gürcüstan, Orta Asiya ölkələrinə də ixrac edilir. Nəticədə ölkəmizdən valyuta axının qarşısının alınması və ixrac potensialının artırılmasına mühüm töhfə verilir.

Qeyd edək ki, ətraf mühitin və göldə ekoloji durumun yaxşılaşdırılmasına xüsusi həssaslıqla yanaşan Azərbaycan Duz İstehsalat Birliyinin təşkilatçılığı ilə göldə ekoloji durumun yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birgə mütəmadi olaraq monitorinqlər aparılır, tullantıların təmizlənməsi üçün iməcilik təşkil olunur. Tədarük mövsümü bu ilin oktyabrın sonlarınadək davam edəcək.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.