Filippin Prezidenti Rusiyanın ölkəsinə koronavirusa qarşı peyvənd göndərmək təklifini qəbul edib

Filippin Prezidenti Rusiyanın ölkəsinə koronavirusa qarşı peyvənd göndərmək təklifini qəbul edib
11 Avq 2020 10:17

Filippin Prezidenti Rodriqo Duterte Rusiyanın ölkəsinə koronavirusa qarşı peyvənd göndərmək təklifini qəbul edib.

Filippinin PNA agentliyinə istinadla xəbər verir ki, bu barədə R.Duterte Davao şəhər sakinlərinə televiziya müraciəti zamanı bəyan edib. Filippin Prezidenti bildirib ki, Rusiyanın ödənişsiz olaraq peyvənd təqdim etmək təklifi onu çox sevindirib.

R.Duterte ölkəsinin bu təklifi böyük məmnuniyyətlə qəbul edəcəyini və lazım olan peyvəndin miqdarını qarşı tərəfə bildirəcəyini deyib.

Agentliyin bildirdiyinə görə, Rusiyanın Filippindəki səfiri ötən həftə ölkəsində səmərəli və təhlükəsiz peyvəndin hazırlandığını bildirib. Filippin Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkəyə peyvənd göndərmək təklifinə görə minnətdarlığını çatdırıb. Filippin Prezidenti isə ilkin olaraq özünün Rusiyadan gələn peyvəndi sınaqdan keçirməyə hazır olduğunu bildirib.

Filippin Prezidenti qeyd edib ki, o, Vladimir Putinə rusların elmi tədqiqatlarına inandığını və həmin peyvəndin insanlıq üçün faydalı olduğunu göstərmək niyyətindədir.

Eyni zamanda, R.Duterte Səhiyyə Nazirliyinə Rusiya tərəfi ilə COVID-19-a qarşı peyvəndin hazırlanması texnologiyasının Filippinə verilməsi təklifini müzakirə etməyi də tapşırıb.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Filippində koronavirusa yoluxanların ümumi sayı 136 min 600 nəfəri ötüb, onlardan 68 mindən çoxunun sağaldığı, 2 min 200-nün isə həyatını itirdiyi bildirilir.


24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.