Lukaşenkonun seçkilərdəki rəqibi Litvaya üz tutdu

Lukaşenkonun seçkilərdəki rəqibi Litvaya üz tutdu
11 Avq 2020 10:22

Belarus Prezidenti Aleksandr Lukaşenkonun avqustun 9-da keçirilən seçkilərdə əsas rəqibi olan Svetlan Tixanovskaya təhlükəsizlik məqsədi ilə Litvaya gedib.

bunu Litvanın Xarici İşlər Nazirliyi açıqlayıb.

“Svetlana Tixanovskaya təhlükəsiz yerdədir, o, Litvadadır”, - məlumatda bildirilib.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə yüzlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib.


18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.