Azərbaycan - Lüksemburq oyunu Bakıda keçirilməyə bilər - Karantinə görə

Azərbaycan - Lüksemburq oyunu Bakıda keçirilməyə bilər - Karantinə görə
11 Avq 2020 10:28


Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburqla ev matçının məkanı dəyişdirilə bilər.

realpress.az xəbər verir ki, bu iddia ilə Lüksemburqun wort.lu saytı çıxış edib.

Bildirilib ki, 15-20 avqustda UEFA-nın videokonfrans formatında keçiriləcək iclasında Millətlər Liqası müzakirə olunacaq və yekun qərarlar veriləcək.

Nəşrin yazdığına görə, Azərbaycana girişlə bağlı bəzi məhdudiyyətlər olduğundan, Azərbaycan - Lüksemburq qarşılaşması sentyabrın 5-də neytral meydanda baş tuta bilər.

Lüksemburq Futbol Federasiyasının (FLF) prezidenti Pol Filip də açıqlamasında bunun müzakirə olunmasının vacibliyini vurğulayıb. O, pulu geri ala bilməyəcəkləri üçün hələlik çarter reysi sifariş etmək istəmədiklərini söyləyib:

“UEFA milli assosiasiyalarla təmasdadır. Xarici İşlər Nazirliyi Lüksemburqda hansısa komandanı qəbul edə biləcəyimizə təminat verib”.

Lakin AFFA-nın “apasport”a açıqlamasında bildirilib ki, sentyabrın 5-nə nəzərdə tutulan qarşılaşmanın yerinin dəyişdirilməsi müzakirə mövzusu deyil. Həmin oyun Bakı Olimpiya Stadionunda baş tutacaq.

29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.