Qadın sahibkarlara biznes ideyalarını reallaşdırmaqda dəstək göstərilib - FOTO

Qadın sahibkarlara biznes ideyalarını reallaşdırmaqda dəstək göstərilib - FOTO
11 Avq 2020 11:20


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətlərindən yararlanmış, qiymətləndirmə zamanı biznes planları uğurlu hesab edilən qadın sahibkarlara öz bizneslərini qurmaq üçün qrant şəklində maliyyə dəstəyi göstərilib.

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən ayrılmış qrant vəsaiti hesabına Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən qadınlar əl işlərinin satışı, gözəllik salonunun təşkili, peşəyönümlü əl işləri kursunun açılması sahələrində öz bizneslərinə başlayıblar.

Xaçmaz KOB İnkişaf Mərkəzi qadın sahibkarlara təlim və məsləhət xidmətləri ilə yanaşı, onların biznes planlarının hazırlanması və maliyyələşdirilməsi üçün müvafiq qurumlara yönləndirilməsi sahəsində də dəstək göstərib.

Mərkəz bundan sonra da qadın sahibkarların biznesinin inkişaf etdirilməsi və fəaliyyətlərinin davamlılığının təmin olunması üçün təlim və məsləhət xidmətlərini davam etdirəcək.

Qeyd edək ki, 2020-ci ilin fevralından fəaliyyətə başlayan Xaçmaz KOB İnkişaf Mərkəzi Quba-Xaçmaz iqtisadi rayonu üzrə mikro, kiçik və orta sahibkarlara və biznesə başlamaq istəyənlərə, o cümlədən startaplara, ailə biznesinə, əlillərə, gənclərə və qadınlara biznesyönümlü təlim və seminarların təşkili, məsləhət xidmətləri, məlumatlandırma, təcrübə proqramlarında iştirak kimi istiqamətlərdə ödənişsiz dəstək və xidmətlər göstərir.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.