Azərbaycanda qızıla qoyulan investisiya həcmi artıb - RƏQƏMLƏR

Azərbaycanda qızıla qoyulan investisiya həcmi artıb - RƏQƏMLƏR
12 Avq 2020 13:55


Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.

Bu barədə realpress.az ARDNF-in yayımladığı məlumatlara əsasən xəbər verir.

2020-ci ilin ilk altı ayı üzrə Neft Fondunun investisiya fəaliyyətinin yekunlarına nəzər yetirək.

Ən son məlumatlara əsasən, Fondun həmin dövr üçün cəmi investisiya portfeli 42 milyard 636 milyon dollardan çoxdur.

Neft Fondunun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 66,8 faiz istiqrazlar və pul bazarı alətlərinin, 13,7 faiz səhmlərin, 5,9 faiz daşınmaz əmlakın, 13,6 faiz isə qızılın payına düşür. Bu ilin ilk altı ayında Neft Fondu 101,8 ton qızıla yatırım edib.

Qeyd edək ki, qızıla yatırılan investisiya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.

Belə ki, 2019-cu ilin müvafiq dövründə Neft Fondunun cəmi investisiya portfelinin (42 milyard 463 milyon 450 min dollar) 10,3 faizi qızıla yatırılmışdı. Həmin dövr üçün 95,47 ton qızıla investisiya qoyulmuşdu.

Fond ümumilikdə 2019-cu ildə 101,2 ton qızıla investisiya qoyub.

Bildirək ki, ARDNF-nin investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri qızıla investisiya edilə bilər.

2012-ci ilin 1 fevral tarixindən etibarən Neft Fondu London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olaraq, 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışına başlayıb.

Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə 30,18 ton (970 146 troya unsiya) qızılın mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə iki il müddətində ARDNF-nin investisiya portfelinə daxil edilməsi həyata keçirilib.

Alınmış qızılların Azərbaycana gətirilməsi Britaniyanın “Brink’s Global Services” şirkəti tərəfindən həyata keçirilir.

Gətirilmiş qızıl ARDNF-nin yeni inzibati binasında müasir standartlara uyğun qiymətlilərin saxlanılması üçün nəzərdə tutulmuş xəzinədə yerləşdirilib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.