Peşə təhsili üzrə kadr hazırlığının təşkili ilə bağlı yeni memorandum imzalandı

Peşə təhsili üzrə kadr hazırlığının təşkili ilə bağlı yeni memorandum imzalandı
12 Avq 2020 16:50

Koreya peşə təhsili standartları əsasında fəaliyyət göstərən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Active Group” MMC şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, “Active Group” MMC şirkəti dünya avtomobil ehtiyat hissələri bazarında qabaqcıl sayılan “BOSCH”, “TOTAL”, “DELPHI”, “SCHAEFFLER GROUP” və s. distribyutor şirkətlərin beynəlxalq qrupu olan “Nexus Automotive İnternational”ın rəsmi üzvüdür.

Memoranduma əsasən, birgə fəaliyyət dövründə peşəkarlıq səviyyəsinin artırılması, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və eləcə də, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində işlərin görülməsi prioritet vəzifələrdən hesab olunur.

Əməkdaşlıq çərçivəsində mərkəzdə avtomobil sahəsində təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə “Active Group” şirkəti tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığını öz qarşısına başlıca öhdəlik kimi təyin edən Mərkəz, dövlət və özəl sektorda əməkdaşlıq çərçivəsini artıq kifayət qədər genişləndirib.


19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.