Xəzərin mühafizəsində birgə olmalıyıq - FOTO

Xəzərin mühafizəsində birgə olmalıyıq - FOTO
13 Avq 2020 09:20


“Xəzər günü” ilə əlaqədar Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağının təmizlənməsi işləri davam edir. 

realpress.az xəbər verir ki, belə tədbirlərdən biri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə Abşeron Milli Parkının Xəzər sahili sanitariya-mühafizə zonasında baş tutub. 

Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin ekoloji durumunun yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və Xəzərin unikal dəyərlərinin mühafizəsində cəmiyyətin bütün təbəqələri ilə əməkdaşlığı gücləndirməkdir. 

Karantin rejiminin qaydalarına əməl olunmaqla keçirilən aksiyada ETSN-nin, Xəzər televiziyasının və Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları, BMT-nin İnkişaf Proqramının, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, “Nargis” jurnalının, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin nümayəndələri, müasir kreativ incəsənət təmsilçiləri və ekokönüllülər iştirak edib.

Xəzərin çirklənmədən qorunmasına, balıq ehtiyatlarının bərpasına və mühafizəsinə diqqət çəkən aksiya zamanı 10 hektara yaxın ərazi plastik və digər məişət tullantılarından təmizlənib,  tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb. 

“Xəzər günü”nə həsr olunmuş tədbir sonra Abşeron Milli Parkında davam edib.

Burada iştirakçılara “Özün yarat” müsabiqəsinin yaradıcılıq nümunələri, “Nargis” jurnalının ekoloji layihələrinin təsvirləri, müasir rəssamların instalyasiya janrında tullantılardan yaratdığı kreativ incəsənət nümunələri, təbii resurslardan alınan təbiət kollajları nümayiş etdirilib.
Xatırladaq ki, 12 avqust 2006-cı il tarixindən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.