Yüksək texniki peşə təhsili olan şəxslərə ali təhsil müəssisələrinə qəbul olmaq hüququ verilib

Yüksək texniki peşə təhsili olan şəxslərə ali təhsil müəssisələrinə qəbul olmaq hüququ verilib
13 Avq 2020 09:25


Azərbaycan Respublikasında əlavə təhsil təkrar yüksək texniki peşə təhsilini də əhatə edəcək. 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən müvafiq qərarla təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nda əksini tapıb. 

İndiyə qədər Azərbaycan Respublikasında əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edib.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na etdiyi dəyişikliyə əsasən isə yüksək texniki təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər ali təhsil müəssisələrinə qəbul olmaq hüququna da malik olacaq. İndiyə qədər ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malik olublar. 

Eyni zamanda buraxılış kurslarında təhsil alanlar istisna olmaqla, ali və orta ixtisas təhsil pilləsi tələbələri kimi yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil müəssisələrinin tələbələri də ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.