Azərbaycan ərazisindən keçməklə İrandan Rusiyaya 1,5 milyard dollar həcmində yük daşınıb

Azərbaycan ərazisindən keçməklə İrandan Rusiyaya 1,5 milyard dollar həcmində yük daşınıb
13 Avq 2020 17:12

Cari ilin ötən dövrü ərzində İran Rusiyaya 1,5 milyard dollar həcmində ixrac əməliyyatı həyata keçirib.

 bu sözləri İranın Dövlət Gömrük İdarəsinin rəisi Mehdi Mirəşrəfi deyib. O bildirib ki, ötən ilin müvafiq dövründə isə ixracın dəyəri 4,3 milyon dollar həcmində olub.

Qeyd etmək lazımdır ki, bu artımın səbəbi İran ilə Azərbaycan arasında dəmir yolunun inşa edilərək istismara verilməsidir. Astara (İran)-Astara (Azərbaycan) xətti istifadəyə verildikdən sonra İranın Gilan, Gülüstan, Mazandaran, Ərdəbil və Şərqi Azərbaycan vilayətləri Rusiyaya daha çox məhsul ixracı imkanı əldə ediblər.

Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti hesab edilən Qəzvin-Rəşt dəmir yolunun davamıdır. Yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Bu yol tam olaraq inşa edilib başa çatdıqdan sonra İranın cənub vilayətlərinin də ixrac imkanları artacaq ki, ixrac olunan bütün yüklər Azərbaycan üzərindən tranzit olaraq Rusiyaya daşınacaq.

Hazırda İranın Şimal vilayətlərindən yüklər avtomobillərlə Astara şəhərinə gətirilərək burada vaqonlara yüklənir və Azərbaycan vasitəsilə Rusiyaya daşınır.

Gələcəkdə Cənub Şərqi Asiya və körfəz ölkələri də Rusiya və Avropa ilə ticarət əlaqələrini Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu ilə quracaqlar. Bu isə Azərbaycanın tranzit gəlirlərini artırmaqla yanaşı, rəsmi Bakının Şərqdəki ticarət tərəfdaşlarının sayını artıracaq.


28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.