Mədəniyyət Nazirliyində yeni təyinat olub

Mədəniyyət Nazirliyində yeni təyinat olub
14 Avq 2020 15:03

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Həsənov Rüfət Rauf oğlu nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Nazirlikdən  verilən məlumata görə, Rüfət Həsənov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının Men ştatında fəaliyyət göstərən Beyts Kollecini (Bates College) rejissor ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə ABŞ-ın Nyu-York Ştatında fəaliyyət göstərən “Vice Media” şirkətində montaj rejissoru olaraq başlayan Rüfət Həsənov Rusiyanın Moskva şəhərində yerləşən “Vita Aktiva” Kommunikasiya İnstitutunda post-prodakşn meneceri kimi fəaliyyətini davam etdirib.

2013-2017-ci illərdə R.Həsənov Litvanın Vilnüs şəhərində yerləşən “Lupa Q” prodakşn şirkətində rejissor və Rusiyanın Moskva şəhərində yerləşən “Lemon Films” studiyasında montaj rejissoru kimi işləyib.

2017-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək “Debüt” studiyasının direktoru vəzifəsində çalışıb.


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.