İşıq sayğaclarına müdaxilə iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

İşıq sayğaclarına müdaxilə iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
14 Avq 2020 16:17


“Son vaxtlar sosial şəbəkələrdə iyun ayı üzrə enerji sərfiyyatının artıq göstərilməsi ilə bağlı şikayətlər gündəmə gəlir. Belə bir şikayət 2018-ci ildə də edilmişdi. Araşdırmalar aparılıb, məlumat verilmişdi”.

realpress.az-ın məlumatına görə, bunu “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin enerji satışı departamentinin direktorunun birinci müavini Vüqar Nəbibəyli bildirib.

Onun sözlərinə görə, “Azərişıq” ASC 2 milyon 700 mindən artıq abonentə xidmət göstərir:

“Onlardan 184 mini qeyri-əhalidir. Yay mövsümündə enerji sərfiyyatında çoxalma müşahidə edilir. 2018-ci ilin iyul ayında iyun ayına nisbətən enerji artımı 407 milyon kilovatt/saat, 2019-cu ilin iyul ayında iyun ayına nisbətən 141 milyon kilovatt/saat enerji artımı, bu ilin ötən dövrü ilə müqayisədə isə 201 milyon kilovatt/saat enerji artımı qeydə alınıb”.

O bildirib ki, sayğaclara heç bir kənar müdaxilə edilmir:

“Sayğacların ölçü parametrlərini, o cümlədən, istehlak olunmuş elektrik enerjisi sərfiyyatı göstəricilərini dəyişmək mümkün deyil. İnformasiya sisteminə isə kənar müdaxilə müzakirə mövzusu ola bilməz.

Hər bir abonentə hesabat dövrü ərzində elektron və çap şəklində bildirişlər təqdim edilir. Burada hər bir sayğac üzrə istifadə olunmuş elektrik enerjisi göstəricisi təqdim olunur. Sosial şəbəkələrdə müzakirə olunan məsələlər əsassızdır”.


29 Mar 2024
Cəmiyyət

Hikmət Hacıyev: Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır

Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.

29 Mar 2024
Cəmiyyət

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. 

29 Mar 2024
Cəmiyyət

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü (FOTO)

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

29 Mar 2024
Cəmiyyət

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.