Mikayıl Cabbarov: “Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir”

Mikayıl Cabbarov: “Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir”
14 Avq 2020 16:36


“Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir”.

 bu barədə İqtisadiyyat naziri, Azərbaycan-İsrail hökumətlərarası komissiyasının həmsədri Mikayıl Cabbarovun “The Jerusalem Post” nəşrindəki müəllif yazısında deyilir.

Nazir yazıb ki, bu gün mürəkkəb dövrdür:

“COVID-19 pandemiyası bizim ənənəvi həyat tərzimizi dəyişib. Virus gündəlik olaraq minlərlə ölümə səbəb olur. Bu, beynəlxalq quruluşun iqtisadi və sosial əsaslarını zəiflədir, yoxsulluğu gücləndirir və inkişafı ləngidir”.

M.Cabbarov qeyd edib ki, bu mürəkkəb dövrdə Azərbaycan daha bir təhdidlə üz-üzə qaldı. Ermənistanın Dağlıq Qarabağ və ətraf yeddi rayonun davam edən işğalı fonunda iyulun 12-də bu ölkə Azərbaycana yeni genişmiqyaslı hücum həyata keçirdi. Hücum münaqişə zonasından uzaqda yerləşən Tovuz rayonu istiqamətində baş verdi:

“Maraqlıdır ki, Tovuz rayonu əsas neft və qaz borularının tranzit marşrutu üzərində yerləşir. Beləliklə, Ermənistanın təcavüzkar fəaliyyəti dünya enerji bazarlarının təhlükəsizliyinə və Azərbaycanın enerji ehtiyatlarının istehlakçılarının, o cümlədən, İsrailin enerji təhlükəsizliyinə böyük təhdiddir”.

Müəllif bildirib ki, Ermənistanın bu təxribatçı addımının səbəblərindən biri bilavasitə bu ölkədəki vəziyyətlə bağlıdır:

“Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir, korrupsiya geniş yayılıb, emiqrasiya artır. Pandemiya ilə vəziyyətə nəzarət çox zəifdir. Siyasi vəziyyət stabil deyil, cəmiyyət parçalanıb, elitalar isə bir-birilə münaqişədədir. Bu şəraitdə Ermənistan hökuməti hərbi əməliyyatlarla insanların diqqətini daxili problemlərdən yayındırmaq üsulunu seçdi”.

Nazir qeyd edib ki, hazırda Ermənistan hətta Azərbaycanla xarici tərəfdaşları, o cümlədən, İsrail arasında münasibətlərlə manipulyasiya etməyə çalışır:

“Erməni KİV-lərində məqalələr dərc etməklə sanksiya, embarqo və boykot yolu ilə Azərbaycanla münasibətlərə son qoymağa çağırır”.

O əlavə edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz tərəfdaşlarının gündəmi ilə manipulyasiya etmir:

“İsraillə ikitərəfli münasibətləri inkişaf etdirməklə biz Azərbaycanda bu münasibətləri üçüncü tərəflərə qarşı yönəltmirik. Bizim səylərimiz hər zaman beynəlxalq təhlükəsizliyə, sabitliyə və sülhə mühüm töhfə verməyə yönəlib.

Biz tolerantlıq və qarşılıqlı hörmət mədəniyyətini inkişaf etdirməyə çalışırıq. Biz divarlar əvəzinə körpülər tikməyə kömək göstərmək istəyirik və bizim qurduğumuz münasibətlər artıq dostlarımıza xeyir gətirir”.

25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.