Oqtay Şirəliyev Kubadan gələn tibb heyəti ilə görüşüb

Oqtay Şirəliyev Kubadan gələn tibb heyəti ilə görüşüb
14 Avq 2020 16:59

Avqustun 14-də Səhiyyə naziri Oqtay Şirəliyev Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo və COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədi ilə Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsy Torres Avilla ilə görüşüb.

 bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib. Məlumata görə, Səhiyyə Naziri Oqtay Şirəliyev Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə və müalicə üsullarından danışaraq, ölkədəki səhiyyə vəziyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, bu sahədə əldə olunan nailiyyətlər ölkə başçısı İlham Əliyevin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir. Nazir kubalı həkimlərin müalicə üsulları və istifadə olunan dərman vasitələri ilə bağlı müsbət nəticələrin əldə olunduğunu xüsusilə vurğulayıb.

Heyətin rəhbəri, professor Dalsy Torres Avilla Azərbaycanda xəstəxana-müalicə infrasturukturunun yaradılmasından danışıb. Bildirib ki, həkim və orta tibb işçisi potensiyalının kifayət qədər olması təqdirəlayiq haldır. D. Torresin sözlərinə görə, bunun da yalnız koronavirus xəstələrinin deyil, digər xəstəliklərin də müalicəsinə böyük təsiri var. O, kubalı həkimlərinin ixtiralarının koronavirus infeksiyasının müalicəsində effektiv təsirlərinin olduğunu da vurğulayıb.

 

Görüşdə səhiyyənin digər sahələrində də gələcəkdə əməkdaşlığın məqsədyönlüyüyü vurğulanıb.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.