Yaponiyada son sutka ərzində koronavirusdan 11 nəfər həyatını itirib

Yaponiyada son sutka ərzində koronavirusdan 11 nəfər həyatını itirib
14 Avq 2020 17:37

Yaponiyada son sutka ərzində koronavirusa yoluxma nəticəsində 11 nəfər həyatını itirib.

bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi və region administrasiyaları məlumat yayıblar. Bildirilir ki, Yaponiyada koronavirusun yayılması nəticəsində həyatını itirənlərin gündəlik sayı mayın 28-dən sonra ilk dəfə 10-u ötüb və ümumilikdə 1090 nəfərə çatıb. Ötən sutka ərzində bütün ölkə üzrə virusa yoluxanların ümumi sayı 1176 nəfər təşkil edib. Pandemiya başlayandan sonra ölkə üzrə ümumilikdə 53 min 300-dən çox insanın bu virusa yoluxduğu qeyd edilir.

Eyni zamanda, Okinava prefekturasının hakimiyyət orqanlarının prefektura ərazisində fövqəladə vəziyyət rejiminin avqustun 29-dək uzadılması barədə qərar qəbul etdiyi də bildirilir. Bununla əlaqədar mətbuat konfransı keçirən prefekturanın qubernatoru Deni Tamaki sakinlərdən ehtiyac yaranmadığı təqdirdə evdən çıxmamağı xahiş edib. Bildirilir ki, son sutka ərzində bu prefekturada 97 yoluxma halı qeydə alınıb. Prefektura ərazisində yoluxanların sayı çox olmasa da, yerli hakimiyyət orqanları koronavirusun yayılmasının qarşısını almaq üçün avqustun əvvəllərində burada fövqəladə vəziyyət rejimi elan edib.

Yaponiya ərazisində koronavirusun ən çox Tokioda yayıldığı qeyd edilir. Son sutkada paytaxtda 206 nəfərin bu virusa yoluxduğu bildirilir.

Ümumiyyətlə, ölkədə 36 min 700 nəfərin sağaldığı, 203 nəfərin isə çox ağır vəziyyətdə olduğu qeyd edilir.

Mərkəzi hökumət ölkədə fövqəladə vəziyyət rejiminin elan edilməsinə ehtiyac olmadığını bildirsə də, Aiçi, Mie və Okinava prefekturaları onu lokal şəkildə artıq öz ərazilərində tətbiq ediblər.


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.