QMİ nümayəndəsi: İnsanların kütləvi bir məkana toplaşması yoluxma ehtimalını artırır

QMİ nümayəndəsi: İnsanların kütləvi bir məkana toplaşması yoluxma ehtimalını artırır
14 Avq 2020 17:56

Koronavirus yaşından və statusundan asılı olmayaraq hər bir kəsə təhlükəlidir. Məscidlərin bağlı qalması da epidemioloji vəziyyətlə əlaqədardır. İnsanların kütləvi bir məkana toplaşması yoluxma ehtimalını artırır.

 bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, fəlsəfə doktoru İbrahim Quliyev bildirib.

Onun sözlərinə görə, koronavirus dini məsələ deyil, yalnız tibbi məsələdir: "Bildiyiniz kimi hazırda hamımız pandemiya dövründə yaşayırıq. Koronavirus elə bir bəladır ki, təkcə Azərebaycanı deyil, bütün dünyanı cənginə alıb. Bu virus yaşından və təbəqəsindən asılı olmayaraq hər kəsə təhlükəlidir. Ona görə də, Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yaından Operativ Qərargah yaradılıb. Operativ Qərargahın qoyduğu qanunlar və tövsiyyələrə əməl etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Bu bir qanundur və qanuna əməl etməyən hər bir şəxs cəzalndırılır.

 

Ona görə də, məscidlərin bağlanma yaxud açılması məsələsi Qafqaz Müsəlman İdarəsinə aid olan bir məsələ deyil. Bu Operativ Qərargahın veridyi qərardır və hər bir inanclı, mömin və məscidə gələn hər bir şəxsdən QMİ olaraq xahişimz və tövsiyyəmiz ondan ibarətdir ki, onlar qanuna uyğun hərəkət etsinlər. Allah qoysa, Operativ Qərargah nə vaxt ki, qərar verər məscidlərin açılmasına, biz də hamımızda ora toplaşıb əvvəl də olduğu kimi ibadətlərimizi davam edərik. Bu dini bir məsələ deyil, bunu inanclı olan hər şəxs başa düşməlidir ki, bu tibbi məsələdir".


19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.

19 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

19 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Andreas Rayxhardt ilə görüşüb - YENİLƏNİB + FOTO

İqtisadiyyat Nazirliyində Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt və “Grabher Group” şirkətinin baş direktoru Günter Qraberlə görüş keçirilib.

18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.