Davamlı açıq qalan “bluetooth”un təhlükələri açıqlanıb

Davamlı açıq qalan “bluetooth”un təhlükələri açıqlanıb
03 Sent 2020 10:06


Davamlı olaraq açıq olan “bluetooth” smartfonun batareyasını daha sürətlə tükətməkdən əlavə, qadjetin yaddaşında saxlanılan şəxsi məlumatların hakerlərin əlinə keçməsinə şərait yaradır.

“Praym”ın məlumatına görə, Plexanov adına Rusiya İqtisad Universitetinin İnformatika kafedrasının dosenti Aleksandr Timofeyev bu barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, “bluetooth”u sındırmaqla cihazda saxlanılan hər hansı bir məlumatı (şəkillər, e-poçtlar, mətnlər) əldə etmək olar. Bundan əlavə, dələduzlar onun vasitəsilə telefona istənməyən məlumatları göndərə bilər.

“Hollandiyada keçirilən “What The Hack” haker festivalında “Trifinite” qrupunun mütəxəssisləri “Linux” notbukundan, xüsusi proqram və yönləndirilmiş antendən istifadə edərək yoldan keçən avtomobilin sürücüsünün “bluetooth” qulaqlıqdan danışdıqlarını necə dinləndiyini nümayiş etdirdilər”, - deyə Timofeyev xatırladıb.

O, bildirib ki, “bluetooth” istifadə edərək cihaza qoşulmuş kompüter siçanı hakerlərin telefonunu idarə edə biləcəyinə və yaddaş kartına giriş əldə edə biləcəyinə əyani şəkildə əmin olmaq üçün ən yaxşı nümunədir.

Mütəxəssis bu cür təhlükələrdən qorunmaq üçün “bluetooth”u təyinatı üzrə istifadə etdikdən dərhal sonra söndürməyi tövsiyə edib.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.