Sentyabrın 15-i Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
realpress.az-ın müxbiri xəbər verir ki, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycan Silahlı Qüvvəllərinin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev Bakıdakı “Türk Şəhidliyi” abidəsinin önünə əklil qoyublar.
Səfir bildirib ki, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsilə qazanılan bu zəfər təkcə bugünkü Azərbaycanın yolunu açmayıb:
“Eyni zamanda, Azərbaycan və Türkiyə üzərində qurulan oyunların sonunu gətirib.
Türkiyə və Azərbaycan olaraq bu gün ətrafımızdakı atəş həlqəsinə qarşı eyni əzm və iradə ilə mübarizə aparmaqda qərarlıyıq. Həmişə olduğu kimi bundan sonra da “iki dövlət, bir millət” şüarı ilə irəliləyərək, gələcəyimizi birlikdə quracağıq”.
“Bakının Qafqaz İslam Ordusu və Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin 102-ci ildömündə Nuru Paşanı, Azərbaycan və Türk ordusunun hər bir əsgərini sayğı ilə anıram”, - deyə səfir əlavə edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.