Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 320,5 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,7%-lik artım müşahidə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 1,7% azalaraq 211,8 milyon manat təşkil edib.
Ötən 8 ay ərzində Azərbaycanda 17 207,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 5,1% çoxdur.
Bunun 828,7 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 29,8% azdır.
Bunun 15 736,6 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilin səkkiz ayının göstəriciləri ilə müqayisədə 8,5% çoxdur.
Hesabat dövründə Azərbaycanda 68,8 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin səkkiz ayının göstəriciləri ilə müqayisədə 12% azdır.
Yanvar-avqust aylarında ölkədə 32,2 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə 8,1% çoxdur.
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Qazaxda Aqrar Biznes Festivalı keçirilib.
“2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi”.