Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.
Belə ki, Elşən Allahverdiyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Sənədlər və müraciətlərlə iş departamenti”nin müdiri təyin edilib.
Məlumatı realpress.az-a Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib.
Qeyd edək ki, daha əvvəl Elşən Allahverdiyev “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də, bir sıra banklarda, Maliyyə Bazarlarına Nəzarət Palatasında, DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyində müxtəlif vəzifələrində çalışıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.