Tibb və qeyri-tibb işçilərinə avqust ayı üzrə müddətli əlavələrin ödənilməsinə başlanıldı - RƏSMİ

Tibb və qeyri-tibb işçilərinə avqust ayı üzrə müddətli əlavələrin ödənilməsinə başlanıldı - RƏSMİ
16 Sent 2020 13:45


Agentlik koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə iyul ayı üzrə 20 milyon manat müddətli əlavə ödəyib.

Bu barədə realpress.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına və Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 12 756 nəfər tibb işçisinə, 3 049 nəfər qeyri-tibb işçisinə iyul ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

Belə ki, Bakı şəhəri üzrə 21, respublikanın digər şəhər və rayonları üzrə 70 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə iyul ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 20 milyon manat müddətli əlavə ödənilib.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

Tibbi  profilaktik tədbirləri həyata keçirən 2 676 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 2,3 milyon manat ödənilib.

Təcili tibbi yardım xidməti göstərən 3 911 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 374 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 6,2 milyon manat ödənilib.

Pasiyentlərə stasionar tibbi xidmət göstərən 5 795 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 8,9 milyon manat ödənilib.

Onu da qeyd edək ki, 3 049 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2,6 milyon manat müddətli əlavə verilib.

Məlumat üçün bildirək ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən avqust ayı üzrə də müddətli əlavələrin ödənilməsinə başlanılıb.

23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.