Vitse-spiker xaricdəki azərbaycanlı iş adamlarına çağırış etdi

Vitse-spiker xaricdəki azərbaycanlı iş adamlarına çağırış etdi
18 Sent 2020 15:12


Bugünkü əmək bazarının dəyişən tələb və meyllərinə uyğun olaraq ölkəmizdə peşə təhsilinə qarşı maraq artır və bu təhsil sahəsinin modernləşdirilməsi prosesi sürətlə davam edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən, bunu parlament sədrinin müavini Adil Əliyev deyib.

Vitse-spiker bildirib ki, 2016-cı ildə iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərə cavab verməsinin təmin edilməsi istiqamətində peşə təhsilinin inkişafı prioritet sahələrdən biri elan edilib.

“Onun genişləndirilməsi  ilə əlaqədar Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Gənclər arasında peşə təhsilinə marağın artırılması və ixtisaslı işçi qüvvəsinin formalaşması sahəsində bu Strateji Yol Xəritəsi qarşıya qoyulmuş əsas tələblərdən birinə çevrildi. Əmək bazarında özəl sektorun peşə təhsilli işçilərə marağını nəzərə alaraq, işəgötürənlərin də peşə təhsili olan kadrlara tələbini sürətləndirmək əsas hədəf olaraq müəyyən edildi”, - deyə A.Əliyev əlavə edib.

Onun sözlərinə görə, artıq bu sahənin inkişafı ilə bağlı PPP (public private partnership) proqramları əsasında peşə təhsilinin inkişafında dövlət və özəl sektorun əməkdaşlığı başlanıb.

Peşə təhsilində inkişafın təmin edilməsi ilə bağlı Bakı, Sumqayıt və Gəncə şəhərlərində, eləcə də digər rayonlarda yerləşən peşə təhsili müəssisələrinin rasionallaşdırılması, müasirləşdirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq formalaşdırılması bu sahədə həyata keçirilən islahatların tərkib hissəsidir.

Peşə təhsilinə marağın artması fonunda Cənubi Koreya ilə birlikdə KOİCA proqramına uyğun olaraq 38 milyon manat nizamnamə fondu olan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi qurulub.

A.Əliyev qeyd edib ki, peşəyə uyğun marağın artması baxımından əyaniliyi artırmaq üçün mərkəz yeni model avadanlıqlarla təmin edilib:

“Təhsilin formal, informal və qeyri-formal olmasından asılı olmayaraq, burada əsas gələcək işçinin ixtisaslı olmasıdır. Burada ən əsas şərt isə gənclərin gələcəkdə fəaliyyət göstərəcəyi sahənin növündən asılı olmayaraq, ixtisaslı mütəxəssis olaraq yetişdirilməsidir.

Bu yaxınlarda ölkəmizdə peşə təhsilinə olan marağın artmasının əyani bir nəticəsini gördük. İlk dəfə olaraq Sumqayıt Kimya Sənaye Parkının daxilində Peşə Təhsil Mərkəzi yaradıldı. Bu da bir neçə strateji hədəfə nail olunması deməkdir: Birincisi, tələbələr müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri öyrənir. İkincisi, tələbələrin praktik təcrübə toplamaq məqsədilə ayrı-ayrı müəssisələrə göndərilməsinə ehtiyac qalmır. Üçüncüsü, tədris və təcrübə prosesində iştirak edən gənclər gələcəkdə Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində iş yeri əldə etmək imkanı qazanırlar”.

A.Əliyevin fikrincə, Sumqayıt Kimya Sənaye Parkı olduqca unikal bir layihədir:  

“Belə ki, park yaradıldıqdan sonra bir çox istehsal müəssisələri parkın daxilində fəaliyyətə başlayıb. Təbii ki, sənaye parklarının yaradılmasında məqsəd ilk növbədə ölkənin idxala olan tələbatının ilkin mərhələdə qarşısının alınması, yerli tələbatı ödədikdən sonra ixrac potensialının qiymətləndirilməsi, rentabelli hesab edildikdə ixracın təmin olunmasıdır. İxrac həm də ona görə mühümdür ki, bu sahədən əldə edilən gəlir tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün əsasdır.

İxracın nəticəsində ölkəmizə xaricdən əlavə valyuta gəlir. Hansı ki, bu gün tədiyyə balansının müsbət səviyyədə saxlanması daha çox neft-qaz sektorunun üzərinə düşür. Hesab edirəm ki, bu sahələrin inkişafında sahibkarlar da  fəaliyyətlərini genişləndirməlidirlər”.

Vitse-spiker bildirib ki, xüsusilə, xaricdə yaşayan azərbaycanlı iş adamları mövcud vəziyyəti qiymətləndirməli və Azərbaycana vəsait qoymalıdırlar.

“Tək ona görə yox ki, Azərbaycan onların vətənidir və hər zaman da doğma ölkələrinin dəstəyini hiss  edirlər, həm də ona  görə ki, ölkəmizdə onlar üçün kifayət qədər cəlbedici və gəlirli sahələr var. Öz ölkələrinə investisiya qoymaq da vətənpərvərlik hissinin yüksək əlamətlərindən biridir”, - deyə A.Əliyev yekunlaşdırıb.

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.