Avropa çempionatına media qeydiyyatı dayandırıldı

Avropa çempionatına media qeydiyyatı dayandırıldı
21 Sent 2020 12:10


Bu ilin noyabrında keçiriləcək cüdo üzrə Avropa çempionatının vaxtı dəyişdirilib.

Avropa Cüdo İttifaqının saytı xəbər verir ki, 8-10 noyabr tarixlərində Çexiyanın paytaxtı Praqada keçirilməli olan Avropa çempionatının vaxtında dəyişiklik edilib.

Belə ki, yarış 19-21 noyabra salınıb. Bu barədə Çexiya Cüdo Federasiyasının prezidenti Yirji Doleys və Avropa Cüdo İttifaqının çexiyalı vitse-prezidenti Mixal Vaxun məlumat yayıb.


Dəyişiklik Beynəlxalq Cüdo Federasiyasının təqvimi ilə bağlıdır. Bu yarış üçün 4500 tamaşaçı üçün bilet satılıb. Qurum ümid edir ki, pandemiya ilə əlaqədar vəziyyət düzələcək və həmin azarkeşlərin yarışın keçiriləcəyi O2 Arenasına buraxılmasında heç bir problem olmayacaq.

Həmçinin, media nümayəndələrinin də yarışa buraxılması sual altındadır. Bu səbəbdən KİV qeydiyyatı dayandırılıb. Situasiyadan asılı olaraq, media akkreditasiyası üçün qeydiyyat oktyabrın sonlarında elan olunacaq.

Qeyd edək ki, bu il həm də Xorvatiyanın Poreç şəhərində gənclərin 23 yaşadək cüdoçuların, eləcə də, Latviyanın paytaxtı Riqada yeniyetmələrin Avropa çempionatının keçirilməsi planlaşdırılır. İlk yarışın tarixi tezliklə təsdiqlənməlidir. İkinci yarış isə noyabrda baş tutmalıdır.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.