Güləş üzrə Azərbaycan çempionatını keçirmək üçün hökumətdən razılıq alına bilər

Güləş üzrə Azərbaycan çempionatını keçirmək üçün hökumətdən razılıq alına bilər
21 Sent 2020 16:18


Dekabrda keçirilməsi planlaşdırılan güləş üzrə Azərbaycan çempionatının qapalı məkanda baş tutması üçün Nazirlər Kabineti yanında operativ qərargahdan icazə alına bilər.

Azərbaycan Güləş Federasiyasının prezidenti Namiq Əliyev bir sıra məsələlərlə bağlı fikirlərini səsləndirib:

“Pandemiya ilə əlaqədar yarışlar təxirə salınıb. Ancaq dekabrda gənclərin (4-10 dekabr) və böyüklərin (12-20 dekabr) dünya çempionatı keçirilə bilər. Çünki təşkilatçı ölkə Serbiya Şengen ərazisi deyil və problem yaşanmayacaq. Amma Finlandiyadakı U-23-lərin dünya çempionatı (23-29 noyabr) baş tutmaya bilər. Çünki ora Şengen ölkəsidir və Azərbaycan kimi Şengen zonasına daxil olmayan ölkələrdən olan idmançılar orada karantinə alınacaq. Dünya Güləş Birliyi (UWW) bununla bağlı yekun qərarını oktyabrın 5-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında verəcək.

Ola bilsin, dünya çempionatı keçirilməsə, onun əvəzinə dünyanın ən güclü 10 komandasının iştirakı ilə bir yarış keçiriləcək. Bildiyiniz kimi, Olimpiadaya təxminən 10 ay vaxt qalıb. Bu o qədər də çox deyil. Olimpiya Oyunlarına ən yüksək səviyyədə hazırlaşmalıyıq”.

O, dekabrda Azərbaycan çempionatı keçirmək istədiklərini də bildirib:

“Dekabrın əvvəllərində Azərbaycan çempionatı keçirməyi planlaşdırırıq. Çünki Belqraddakı dünya çempionatı üçün heyəti müəyyənləşdirməliyik. Ümumiyyətlə, biz dövlətin razılığı olmadan iş görmürük. Əgər qapalı zallarla bağlı qərar qüvvədə qalsa, tamaşaçısız olmaq şərtilə yarışı keçirmək üçün hökumətə müraciət edəcəyik”.


28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.